"Legiya"nın sahibi: "Nəsə edə bilmərik"

"Legiya"nın sahibi Dariuş Mioduski Avropa Liqasının C qrupunun "Spartak"la görüşündəki məğlubiyyəti şərh edib.

Newsport.az xəbər verir ki, Mahir Emrelinin formasını geyindiyi klubun sahibi bu cür danışıb:

"Çox çətin oyun oldu. Təbii ki, bizim üçün pis gedişat oldu. Bir qol buraxdıq, son dəqiqələrdə yorulduq. "Spartak"a Avropa Liqasında uğurlar arzu edirəm. Biz isə növbəti mövsüm avrokubokları düşünəcəyik. 


Qrupda elə oynamağa başlamışdıq ki, sanki “Legiya”nın qrupdakı yeri daha yüksək olmalıydı. "Spartak"la oyun hər şeyi dəyişə bilərdi. Amma bu futboldur, nəsə edə bilmərik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right