Avropa çempionatı: Millimizin rəqibləri müəyyənləşdi

Bu gün İsveçrənin Nyon şəhərində final mərhələsi 2023-ci ildə Bosniya və Herseqovinada təşkil olunacaq 17 yaşadək qadınlardan ibarət komandaların Avropa çempionatının ikinci seçmə mərhələsinin püşkü atılıb.

Newsport.az-ın məlumatına görə, reytinqə əsasən B liqasında qərarlaşan millimiz 3-cü qrupda Albaniya, Şotlandiya və Şimali Makedoniya komandaları ilə A liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq.

Bu qrupun oyunları gələn il 8-14 mart tarixlərində Albaniyada keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right