"Mançester Siti"nin noyabrın ən yaxşı oyunçusu müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, Portuqaliya millisinin futbolçusu Bernardo Silva ötən ayın ən yaxşısı seçilib.
27 yaşlı yarımmüdafiəçi fanatlar arasında keçirilmiş sorğuda 48 faiz səs toplayıb.
Joao Kanselo 35 faiz səslə ikinci, Rodriqo isə 17 faiz səslə üçüncü olub.
Belədə, o, ardıcıl 3-cü dəfə bu ada layiq görülməklə "Mançester Siti"nin tarixinə düşüb.
Silvadan öncə heç bir futbolçu ardıcıl üç dəfə bu komandanın ən yaxşısı seçilməmişdi.
Bernardo Silva 2017-ci ildən "Mançester Siti"də çıxış edir.
O, Portuqaliya millisinin heyətində DÇ-2022-nin seçmə mərhələsinin Azərbaycana qarşı keçirdiyi hər 2 matçda da oynayıb.