"Qrupdan çıxa biləcəyik" Pioli

"Milan"ın baş məşqçisi Stefano Pioli Çempionlar Liqasının qrup mərhələsinin son turunda "Liverpul"a qarşı evdə keçirəcəkləri oyunla bağlı gözləntilərini bölüşüb.

Newsport.az xəbər verir ki, 56 yaşlı mütəxəssis görüşdə  qalib gələrək növbəti mərhələyə adlayacaqlarına inandığını bildirib: 

“Liverpul”un çox sürətli və texnikalı hücumçuları var. Bu komanda hücumda çox yaxşı oynayır. Biz çox diqqətli olmalıyıq və komanda olaraq düzgün oyun variantlarını seçməliyik. Bu axşam “Milan” özü kimi olmalıdır. Bizim yalnız bir fürsətimiz var. Riskə gedib, qələbə qazanacağıq. Qrupdan çıxa biləcəyik, çünki bunu istəyirik. Özümüzə belə bir fürsət yaratmışıq”. 

Qeyd edək ki, bu gün keçiriləcək “Milan” – “Liverpul” matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right