Azər "Spartak"a qarşı oynadı, komandası heç-heçə etdi

Rusiya Premyer Liqasında 16-cı turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Azər Əliyevin çışıx etdiyi "Ufa" doğma meydanda Moskva "Spartak"ını qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Azər Əliyev bu görüşün iştirakçısı olub. 27 yaşlı yarımmüdafiəçi 81-ci dəqiqədə meydana daxil olub. O, 88-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Aktivində 16 xal olan "Ufa" turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right