Norveçli jurnalistlər Qətərdə saxlanıldı

Norveç Yayım Korporasiyasının (NRK) iki jurnalisti – Halvor Ekeland və Lokman Qorbani Qətərdə saxlanılıb. Newsport.az xəbər verir ki, bu barədə jurnalistlər özləri yerli mətbuata açıqlama veriblər. Onlar noyabrın 21-də Qətəri tərk etməzdən əvvəl polislər tərəfindən saxlanılıb. Bir neçə saat bölmədə qalan jurnalistlər daha sonra sərbəst buraxılıb. Jurnalistlərin saxlanma səbəbi dəqiq məlum deyil.
 
Norveç mətbuatı Ekeland və Qorbaninin Qətərdə keçiriləcək DÇ-2022-yə hazırlıq zamanı gedən işlərdə ölən işçi miqrantlar haqda araşdırma hazırladıqları üçün saxlanıldıqlarını iddia edir.
 
DÇ-2022-yə hazırlıq məqsədiylə görülən işlər zamanı 6700-dən çox işçi vəfat edib.




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah