"Bunu etsəydim, indi prezident olardım"

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç siyasətə qarışmaq istəmədiyini bildirib.

Newsport.az xəbər verir ki, isveçli ulduz bu yaxınlarda “Los-Anceles Leykers”in basketbolçusu Lebron Ceymsin siyasətə qarışmasına şərh verib: “Lebron siyasətə çox qarışır. O, bunu etməməlidi. İdman insanları birləşdirir.

Siyasət insanları bölür. Əgər irqçilikdən danışırıqsa, bu başqadır. Mən bununla razı deyiləm. Amma mən siyasətlə məşğul deyiləm. Mən bunu etsəydim, indi prezident olardım. Mən Lebronu şəxsən tanımıram və onu mühakimə etməyi düşünmürəm.

İrqçilərə qarşı nə hiss etsə də, o, haqlıdı, çünki 50 min insan sənə qaraçı deyəndə, eynidi. Bu da irqçilikdi. Amma mən siyasətlə məşğul deyiləm. İdmanla məşğul oluram”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right