"Mançester Yunayted" baş məşqçisini istefaya göndərməyi qərara alıb

İngiltərənin "Mançester Yunayted" klubunun rəhbərliyi baş məşqçi Ule-Qunnar Sulşeri istefaya göndərmək qərarına gəlib.

Newsport.az "Transfer News Live" nəşrinə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 48 yaşlı mütəxəssisə əvəzedici tapdıqdan sonra qəti tədbirlər görüləcək.

Norveçli baş məşqçi ilə əməkdaşlığın davam etdirilməsində mühüm amil klubun UEFA Çempionlar Liqasındakı nəticələridir. Komanda Avropanın bir nömrəli klub turnirinin qrup mərhələsində keçirdiyi 4 oyunda 7 xal toplayıb və F qrupunda liderdir.

Qeyd edək ki, "qırmızı şeytanlar" Premyer Liqada 11 turdan sonra 17 xalla 6-cı pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right