Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin də çıxış etdiyi "Legiya" Polşa Liqasında növbəti matçına çıxıb.
Newsport.az-ın məlumatına görə, komanda 14-cü turda evdə "Stal Mielek"lə qarşılaşıb. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Mahir 39-cu dəqiqədə sarı vərəqə alıb, 74-cü dəqiqədə isə əvəzlənib.
Bu, "Legiya" çempionatda ardıcıl 6-cı məğlubiyyəti olub.
Qeyd edək ki, digərlərindən 2 oyun az keçirən "Legiya" hazırda turnir cədvəlində 9 xalla 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.