Mahir Emreli: "Legiya"da olduğum üçün qürur duyuram"

Azərbaycan millisinin "Legiya"da çıxış edən üzvü Mahir Emreli Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Napoli"yə uduzduqları matçı (1:4) şərh edib. 

Newsport.az-ın məlumatına görə, 24 yaşlı hücumçu bu barədə öz İnstaqram səhifəsində yazıb. Görüşdə komandasının yeganə qolunu vuran Emreli yaxşı oyun nümayiş etdirdiklərini deyib:

"Açığı, son avrokubok oyunundakı nəticənin ümumi çıxışımızı əks etdirdiyinə inanmıram. Biz çox səy göstərdik və güclü komanda işi hissi nümayiş etdirdik, lakin bu həmişə kifayət etmir. Bununla belə, düşünürəm ki, komanda ruhu bizimlə qalacaq və qarşıdakı oyunların nəticələrində özünü göstərəcək. Bu klubda olduğum üçün çox xoşbəxtəm və qürur duyuram. İndi bizim sizi qürurlandırmaq növbəmizdir". 





Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah