Millimizin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" bu gün Avropa Liqasında növbəti oyuna çıxıb.
Newsport.az-ın məlumatına görə, Polşa təmsilçisi 4-cü turda "Napoli"ni qəbul edir. Bakı vaxı ilə saat 21:45-də başlayan matçda Mahir start heyətdə yer alıb. O, görüşün 10-cü dəqiqəsində hesabı açıb.
Xatırladaq ki, Mahir Emreli qrup mərhələsinin 2-ci turunda "Lester"lə görüşdə də qol vurmuşdu.
Qeyd edək ki, hazırda C qrupuna 6 xalla "Legiya" başçılıq edir. "Napoli" 4 xalla 2-cidir.