Maykl Ouen: “Liqa1-ə isə heç vaxt ciddi yanaşa bilmərəm”

“Düşünürəm ki, İngiltərə Premyer Liqası digər liqaları çox güclü qabaqlayır. Çempionat getdikcə daha güclü olur”.

Newsport.az saytının məlumatına görə, bunu İngiltərə millisinin sabiq futbolçusu Maykl Ouen deyib.

O, Premyer Liqanın Avropada ən güclü çempionat olduğuna əmindir: “Hesab edirəm ki, İngiltərə bir neçə il qabaqdadır. İndi biz A seriyasının iki ən yaxşı futbolçusu Kriştiano Ronaldo ilə Romelu Lukakunu da almışıq. La Liqa Messinin gedişindən sonra get-gedə daha da zəif olur. Liqa1-ə isə heç vaxt ciddi yanaşa bilmərəm”.

Qeyd edək ki, Ouen 40 qolla İngiltərə yığmasının tarixində 5-ci bombardirdir.
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right