Haaland nə vaxt qayıdır?

“Borussiya”nın (Dortmund) zədəli futbolçusu Erling Haalandın son durumu məlum olub.

Newsport.az xəbər verir ki, bu barədə onun atası Alfo-İnqe Haaland danışıb. O, goal.com-a açıqlamasında 21 yaşlı hücumçunun vəziyyətinin yaxşı olduğunu, lakin onun ən az dekabrın ayınadək yaşıl meydanlara çıxmayacağını bildirib: “Vəziyyəti nəzərə alsaq, Erlinq o qədər də pis deyil. Lakin o, mütləq bir müddət oynamayacaq. Dekabrın 25-nə qədər bir neçə matç keçirsəydi, əla olardı. Lakin bu, çox çətindir”.

Qeyd edək ki, Haaland sonuncu dəfə Bundesliqanın 8-ci turunda “Maynts”la görüşdə meydanda olub. Lakin o, yenidən sıradan çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right