“Liverpul” özünə məxsus rekordu təkrarladı

İngiltərənin "Liverpul" klubu özünə məxsus rekordu təkrarlayıb. Newsport.az xəbər verir ki, Mersisayd təmsilçisi bütün turnirlərdə ardıcıl 25 oyundur məğlub olmur.
 
Yurgen Kloppun baş məşqçi olduğu komanda 17 matçda qələbə qazanıb, 8 qarşılaşma isə heç-heçə edib. "Qırmızılar" noyabrın 7-də İngiltərə Premyer Liqasında 11-ci turun "Vest Hem"lə səfər oyununda uduzmasalar, bu rekordu yeniləyəcəklər.
 
"Liverpul" son olaraq, 1982-ci ildə ardıcıl 25 görüşdə (20 qələbə, 5 bərabərlik) uduzmayıb.
 
Qeyd edək ki, "Liverpul" ötən gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Atletiko"nu 2:0 hesabı ilə məğlub edib və vaxtından əvvəl pley-offa vəsiqə qazanıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right