Ozan Can oynadı, komandası darmadağına üzüldü

Futbol üzrə Niderland 2-ci liqasında 13-cü turun oyunları keçirilib. Newsport.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün şərəfini qoruduğu “Telstar” da növbəti oyununa çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Ayaks”ın ikinci komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.
 
Ozan da bu matçın iştirakçısı olub. O, 70-ci dəqiqədə meydana buraxılıb.
 
“Telstar” 13 oyuna topladığı 16 xalla 20 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right