Almaniya kuboku: 1/8 finalın püşkü atıldı

Futbol üzrə Almaniya kubokunda 1/8 final mərhələsinin püşkü atılıb. Newsport.az xəbər verir ki, Dortmund “Borussiya”sı bu mərhələdə 2-ci Bundesliqa təmsilçisi “Sankt-Pauli” komandasıyla qarşılaşacaq.
 
Bundesliqa klublarından “Hoffenhaym” “Qroyter”lə, “Herta “Union Berlin”lə, “Bohum” isə “Maynts”la üz-üzə gələcək.
 
1/8 final mərhələsinin oyunları 2022-ci ilin 18-19 yanvarında keçiriləcək.
 
Almaniya kuboku
1/8 final
 
Hoffenhaym – Qroyter
Sankt-Pauli – Borussiya (Dortmund)
Münhen 1860 – Karlsrue
Hannover – Borussiya (Mönhenqladbax)
Herta – Union Berlin
Köln – Hamburq
Leyptsiq – Hanza
Bohum – Maynts




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right