"Liverpul" xal itirdi, "Siti" uduzdu, "Yunayted" və "Çelsi"dən darmadağın

İngiltərə Premyer Liqasında X tura start verilib.

Newsport.az-ın məlumatına görə,açılış matçında "Arsenal" səfərdə "Lester"ə qalib gəlib - 2:0.

"Liverpul" "Brayton"la görüşdə bol qollu heç-heçəyə razılaşıb. "Çelsi" səfərdə "Nyukasl"ı böyük hesabla məğlub edib. "Mançester Siti" isə "Kristal Pelas"la ev oyununda 2 cavabsız qolla məğlub olub.

Turun mərkəzi görüşü Londonda keçirilib. Ötən tur "Liverpul"a darmadağın olan "Mançester Yunayted" bu dəfə "Tottenhem"in qonağı olub və böyük hesabla qalib gəlib.

İngiltərə Premyer Liqası
X tur

30 oktyabr

Lester - Arsenal - 0:2
Qollar:
 Qabriel, 5, Smit Rou, 18

Bernli - Brentford - 3:1
Qollar:
 Vud, 4, Louton, 32, Korne, 36 - Qoddos, 79

Liverpul - Brayton - 2:2
Qollar:
 C.Henderson, 4, Mane, 24 - Mvepu, 41, Trossard, 65

Mançester Siti - Kristal Pelas - 0:2
Qollar:
 Zaha, 6, Qallaxer, 88

Nyukasl - Çelsi - 0:3
Qollar: 
R.Ceyms, 65, 77, Jorjinyo, 81 (pen.)

Uotford - Sauthempton - 0:1
Qol: 
Adams, 20

Tottenhem - Mançester Yunayted - 0:3
Qollar: 
Ronaldo, 39, Kavani, 64, Reşford, 87





Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah