Ronaldonun malikanəsinin qanunsuz tikililəri söküləcək

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo Portuqaliyadakı malikanəsinin bəzi hissələrini sökməli olacaq. 

Newsport.az xəbər verir ki, bu barədə Braqa şəhərinin meri Manuel Tibo danışıb. O, 36 yaşlı hücumçunun əvvəlcə təsdiq olunmuş layihə təqdim etdiyini, lakin sonradan tikinti ərazisinin genişləndiyini bildirib. Buna görə də Ronaldonun malikanəsinin qanunsuz sayılan hissələri söküləcək.

Sözügedən ərazilər 2022-ci ilin mart ayınadək sökülməlidir. 

Qeyd edək ki, Peneda-Geres Milli Parkının yaxınlığında yerləşən malikanənələrin qiyməti 2,7 milyon avro olaraq qiymətləndirilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right