İngiltərə Premyer Liqasının futbolçularına saxta peyvənd sertifikatları təklif olunur

İngiltərə Premyer Liqasının futbolçularına kütləvi şəkildə saxta koronavirus peyvəndi sertifikatları təklif olunur.

Newsport.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Bildirilib ki, Premyer Liqanın dörd klubu futbolçulara 1000 funt sterlinqə iki sertifikat almağı təklif edən fırıldaqçıların onlarla əlaqə saxladığını artıq təsdiqləyib.

Təklifin hələ peyvənd edilməli olan oyunçular tərəfindən qəbul edilib-edilmədiyi məlum deyil. Bir sıra klubların insayderləri bildiriblər ki, oyunçular onları vəziyyətlə bağlı məlumatlandırıblar.

Premyer Liqa rəhbərliyi ötən həftə oyunçularının 68 faizinin koronavirusa qarşı tam peyvənd edildiyini və 81 faizinə ən azı birinvi dozanın vurulduğunu açıqlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right