Niderland 2-ci liqasında 12-ci turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, U-21 yığmamızın sabiq üzvü Ozan Can Kökçünün şərəfini qoruduğu “Telstar”da növbəti oyununa çıxıb.
Kökçünün komandası “Helmond” ilə qarşılaşıb və matçdan 2:2 hesablı bərabərliklə ayrılıb. Ozan da bu matçın iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb.