"Təkəbbürlü olmaq istəmirəm" - Mahir Emreli

"Legiya"nın futbolçusu Mahir Emreli Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Napoli" ilə oyun öncəsi  sport.se.pl saytına açıqlama verib.

Newsport.az-ın məlumatına görə, millimizin hücumçusu rəqib komandanın polşalı yarımmüdafiəçisi Pyotr Zelinskinin əla texnikaya malik olduğunu deyib: "Onu Avro-2020-eəgörmüşəm. Amma əvvəllər tanımırdım. Komanda yoldaşlarım onun "Napoli"də çıxış etdiyini dedi .Mükəmməl bir texnikaya malikdir, bunu bilirəm. Ümid edirəm ki, öz həmyerlilərinə qol vurmaz".

24 yaşlı hücumçu jurnalistlərlə münasibətindən də danışıb: "Jurnalistlərin oyunçulara və məşqçilərə irad tutmağa çalışmasını xoşlamıram. Futbolçular jurnalistlərə mühazirə oxumurlar. Problemlərimiz haqqında yaxşı tonda danışa bilərik. Mənə nəyisə deyə bilərsiniz, sizi dinləyərəm. Amma təkəbbürlü olmaq istəmirəm. Çünki mənim işim meydandadır".

Sabah keçiriləcək "Napoli" - "Legiya" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right