Avropanın bəzi milli assosiasiyaları dünya çempionatının iki ildən bir keçirilməsi ideyasına etiraz olaraq FİFA-ya üzvlükdən çıxmaq istəyir.
Newsport.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, 12-dən çox federasiya dünya çempionatının iki ildən bir keçirilməsinə qarşıdır.
Həmin federasiyaların artıq məsələ ilə bağlı UEFA-ya məlumat verdikləri bildirilir. Nizamnaməyə görə, hansısa yerli federasiya təqvim ilinin bitməsinə altı ay qalmış xəbərdarlıq edərək FİFA-dan ayrıla bilər.
Qeyd edək ki, FİFA prezidenti Canni İnfantino dünya çempionatının iki ildən bir keçirilməsi ilə bağlı yekun qərarın ilin sonunda açıqlanacağını bildirib.