“Mançester Siti”nin futbolçusu Kevin de Brüyne bu mövsüm Çempionlar Liqasının favoritlərindən hesab olunmalarına münasibət bildirib.
Newsport.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi turnirin qrup mərhələsinin 3-cü turunda “Brügge” ilə matç öncəsi UEFA-nın saytına açıqlamasında yarışın qalibi olmaq istədiklərini deyib:
"Azarkeşlər bizim Çempionlar Liqasını qazanmağımızı gözləyirlər. Biz də qalib olmaq istəyirik. Həmişə mübarizə aparmağa çalışırıq. Son 6 il ərzində 1/8 finala, 1/4 finala adlamağı bacarırıq. Bəzən daha da irəli addımlayırıq. Həmişə mübarizə aparırıq, çalışırıq. Bu turniri qazanmaq istəyirik”.
Qeyd edək ki, bu gün keçiriləcək “Brügge” – “Mançester Siti” görüşü Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.