"Betis"in futbolçusu Xoakin Sançes yeni rekorda imza atıb.
Newsport.az "Opta"ya istinadən xəbər verir ki, o, buna La Liqanın 9-cu turunda " Alaves"lə matçda (1: 0) nail olub. O, 89 -cu dəqiqədə vurulan yeganə qolun ötürməsini verib.
Sançes (40 yaş 89 gün) 21 -ci əsrdə 40 yaşında La Liqada qol ötürməsi verən ilk oyunçu olub.