Mahir Emrelinin komandası növbəti oyununa çıxır

Milli komandamızın hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" bu gün Polşa çempionatında növbəti oyununa çıxacaq.

Newsport.az-ın məlumatına görə, Varşava təmsilçisi 11-ci turda çempionluğa iddiaçılardan olan "Lex"i (Poznan) qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Qeyd edək ki, "Legiya" 9 xalla 15-ci, "Lex" 21 xalla 2-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right