Qurbanovlu “Slaviya” BATE-ni məğlub yola saldı

Belarus çempionatında 26-cı turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, millimizin sabiq forvardı Ruslan Qurbanovun komandası "Slaviya" (Mozır) növbəti matçına çıxıb.

Qurbanovun komandası BATE ilə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1.

Ruslan da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 68-ci dəqiqədə əvəzlənib. “Slaviya” hazırda 24 xalla 16 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right