Paraqvay millisinin baş məşqçisi Eduardo Berisso istefaya göndərilib.
Newsport.az Paraqvay Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Yığmanın ötən gün 2022-ci il dünya çempionatının seçmə mərhələsində Boliviyaya 0:4 hesabı ilə uduzması Berissonun göndərilməsini sürətləndirib.
Qeyd edək ki, Paraqvay millisi Cənubi Amerika zonası üzrə seçmə mərhələdə 12 oyundan sonra 12 xalla 8-ci pillədə qərarlaşıb.