DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqla matç Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo üçün əlamətdar olub.
Newsport.az xəbər verir ki, 36 yaşlı hücumçu görüşdə 3 qol vurub. Bununla da o, yığmada 10-cu dəfə het-trik edib. Beləliklə, Ronaldo rekorda imza atıb.
Qeyd edək ki, sözügedən qarşılaşmada Portuqaliya Lüksemburqa 5:0 hesabı ilə qalib gəlib.