“Qvardiola mənə futbola fərqli baxmağı öyrətdi”

“Bavariya”nın futbolçusu Robert Levandovski “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola haqqında danışıb.

Newsport.az xəbər verir ki, 33 yaşlı hücumçu “Marca”ya açıqlamasında Münhen təmsilçisində Qvardiolanın baş məşqçiliyi altında çıxış etdiyi vaxtları xatırlayıb:

“Qvardiola mənə futbola fərqli baxmağı öyrətdi. Hərəkəti, taktikanı, oyun zamanı şanslardan necə istifadə ediləcəyini göstərdi. Qvardiola ilə işlədikdən sonra fərqli düşünürəm. Çünki oyunu kənardan, fərqli bucaqdan görürəm. Kimin səhv olduğunu, kimin daha yaxşı oynadığını, rəqibdən necə bir addım qabaqda olacağımı başa düşürəm. Onunla söhbət edirdik. Mənə tez-tez taktika izah edirdi. Qvardiola mənə deyirdi: "Hücumçu olaraq daha da güclənməyinə kömək edə bilmərəm, çünki sən onsuz da güclüsən. Amma topu cərimə meydançasına çıxarmağına kömək edə bilərəm”. Qeyd edək ki, Qvardiola 2013-2016-cı illərdə Bundesliqa klubunu çalışdırıb. Levandovski isə 2014-cü ildən “Bavariya”da oynayır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right