Skolari 4-cü dəfə eyni klubdan ayrıldı

Braziliyanın “Qremio” klubu baş məşqçisi Luis Felipe Skolari ilə yollarını ayırıb.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 73 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

2002-ci ildə Braziliya millisi ilə dünya çempionu olmuş Skolari 1987, 1993-1996 və 2014-2015-ci illərdə də “Qremio”nun “sükanı arxasında” olub.

Skolari bu il iyulun 7-də yenidən “Qremio”da baş məşqçi postuna gətirilmişdi.

“Qremio” Braziliya A Seriyasında 23 oyundan sonra 23 xalla 19-cu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right