Polşa çempionatında 9-cu turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Visla" (Plotsk) da növbəti oyununu keçirib.
Antonun komandası "Qurnik"lə qarşılaşıb və 2:4 uduzub. Krivotsyuk 46-cı dəqiqədə meydana çıxıb.
“Visla” 10 turdan sonra 10 xalla 18 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.