“Mançester Yunayted”in futbolçusu Van de Beek ötən gün Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Vilyarreal”la matçda (2:1) oynamamasına etiraz edib.
Newsport.az xarici KİV-lərə istinadən xəbər verir ki, görüşə ehtiyat oyunçular skamyasından başlayan 24 yaşlı yarımmüdafiəçi sonradan meydana daxil olacağını düşünsə də, bu, belə olmayıb. Futbolçu meydana özünün yox, komanda yoldaşı Fredin daxil olacağını görəndə əsəbiləşib. O, ağzındakı saqqızı çıxararaq baş məşqçi Ole Qunnar Sulşerin dayandığı tərəfə atıb. “Mançester Yunayted”in digər futbolçuları Din Henderson və Erik Bayi niderlandı oyunçunu sakitləşdirməyə çalışıblar.