"Arsenal"ın futbolçusu Qranit Caka zədələnib.
Newsport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçi dizindən zədələnib. Onun təxminən 3 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilib.
Qeyd edək ki, Caka 2016-cı ildən "Arsenal"da oynayır. "Topçular" isveçrəli oyunçu ilə ötən ay 4 illik yeni müqavilə imzalayıb.