"Liverpul"un keçmiş futbolçusu vəfat etdi

İngiltərə milli komandasının və “Liverpul” klubunun keçmiş futbolçusu Rocer Hant vəfat edib.

Newsport.az-ın məlumatına görə, keçmiş hücumçu 83 yaşında həyatla vidalaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

1958-1969-cu illərdə “Liverpul”un formasını geyinən Hant 244 qol vurmağı bacarıb. İki dəfə İngiltərə çempionu olmuş mərhum futbolçu, 1966-cı ildə keçirilən dünya çempionatının qalibi olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right