"Milan"ın futbolçusu Zlatan İbrahimoviç Çempionlar Liqasının qrup mərhələsində "Atletiko" ilə oyunu buraxacaq.
Newsport.az xəbər verir ki, bu barədə "La Gazetta Dello Sport" məlumat yayıb. 39 yaşlı hücumçu zədəli olduğu üçün sözügedən matçda iştirak edə bilməyəcək. O, milli komandaların qarşılaşmaları ilə əlaqədar beynəlxalq fasilədən sonra yaşıl meydanlara qayıdacaq.
Qeyd edək ki, sabah "San Siro" stadionunda keçiriləcək "Milan" - "Atletiko" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.