"Aston Villa"nın 24 yaşlı futbolçusu Metti Keş Polşa yığmasında oynaya bilər.
Newsport.az-ın məlumatına görə, Polşa Futbol Federasiyası müdafiəçini milliləşdirməyə hazırlaşır. Futbolçu özü də Polşa yığmasında oynamaq qərarını verib.
Məsələ burasındadır ki, Keşin anası Polşadandı, atası isə İngiltərədən. O, Polşa vətəndaşlığına sahib çıxmaq üçün prosesin başlamasını gözləyir.
Cari mövsüm “Aston Villa”nın heyətində Premyer Liqada 5 oyuna çıxan Keş 1 qol vurub.
“Uikomb Uondorers”in yetirməsi olan 24 yaşlı futbolçu 2020-ci ildən Birmingem klubunda çıxış edir. Polşa millisinin baş məşqçisi Paulo Sosa da Keşin milliyə cəlb olunmasına müsbət yanaşdığını bildirib.