Futbol üzrə İngiltərə Premyer Liqasında 5-ci tura start verilib.
Newsport.az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Nyukasl” doğma meydanda “Lids”i sınağa çəkib. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Ötən tur ilk qələbəsini qazanan “Arsenal”ın budəfəki rəqibi “Bernli” olub. “Topçular” bu oyunda 3 xalı tək qolla qazanıblar. “Liverpul” “Kristal Pelas”ı darmadağınla yola salıb. “Mançester Siti” isə “Sauthempton”la ev oyunundan xal itkisi ilə ayrılıb. “Everton” da “Aston Villa” ilə səfər matçında cari mövsümdəki ilk məğlubiyyətinə üzülüb. “Vulverhempton” da evdə “Brentford”a uduzub.
Turun mərkəzi görüşü Londonda olacaq. “Tottenhem” doğma meydanda “Çelsi”nin müqavimətini qırmağa çalışacaq.
İngiltərə Premyer Liqası, 5-ci tur
17 sentyabr
Nyukasl – Lids 1:1
Qol: S.Maksimin, 44 – Rafinya, 13.
18 sentyabr
Vulverhempton – Brentford 0:2
Qol: Touni, 28-pen. Mbeumo, 34.
Bernli – Arsenal 0:1
Qol: Odeqard, 30.
Liverpul – Kristal Pelas 3:0
Qol: Mane, 43. Salah, 78. N.Keyta, 89.
Mançester Siti – Sauthempton 0:0
Norviç Siti – Uotford 1:3
Qol: Pukki, 35 – Dennis, 17. Sarr, 63; 80.
Aston Villa – Everton 3:0
Qol: Kaş, 66. Din, 69-öz qapısına. Beyli, 75.
19 sentyabr
17:00 Brayton – Lester
17:00 Vest Hem – Mançester Yunayted
19:30 Tottenhem – Çelsi