Məşhur futbolçu İngiltərə millisində oynamaqdan imtina edir

"Çelsi"nin futbolçusu Kallum Hadson-Odoi idman vətəndaşlığını dəyişə bilər.

Newsport.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, ikili vətəndaşlığı olan 20 yaşlı hücumçu Qana millisində oynamağı düşünür. Kallum İngiltərə millisində cəmi 3 oyuna çıxıb.

FİFA-nın qaydalarına əsasən, Kallum turnirlərin final mərhələsində İngiltərəni təmsil etmədiyi və meydana çıxdığı hər üç oyunda yaşı 21-dən aşağı olduğu üçün yığmasını dəyişdirə bilər. 

O, İngiltərə millisində daha az oynaması səbəbindən bu qərara gəlib.

Futbolçu Qananı təmsil etməyə görə 2022 -ci ilin noyabrına qədər gözləməli olacaq. Qaydalara görə, bir oyunçu əvvəlki komanda ilə son oyundan üç il sonra başqa milli komandada oynamağa başlaya bilər. Bu isə o deməkdir ki, o, Qətərdə 2022-ci ildə keçiriləcək dünya çempionatında Qana yığması isə oynaya bilər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right