“Sumqayıt”da cənubi azərbaycanlı hücumçu

2021/2022 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” cənubi azərbaycanlı hücumçu Səid Rzanı transfer edib.

Newsport.az-ın məlumatına görə, onunla 1 illik müqavilə imzalanıb. Yeni transfer komandada 23 nömrəli formada çıxış edəcək.

Əvvəllər “Maşınsazi”, “Havadar” kimi klublarda çıxış etmiş Səid son olaraq “Aluminium”da (İran) oynayıb. O, ötən mövsüm 21 matçda meydanda olub və 3 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right