Salah Cerrardın rekordunu yenilədi

“Liverpul”un futbolçusu Məhəmməd Salah komandanın sabiq kapitanı Stiven Cerrardın rekordunu yeniləyib. 

Newsport.az goal.com-a istinadən xəbər verir ki, 28 yaşlı hücumçu buna ötən gecə Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda evdə “Milan”la matçda (3:2) fərqlənməklə nail olub. Beləliklə, Salah yarışın “Enfild” stadionunda keçirdikləri oyunlarında 14-cü qolunu vurub. Bununla da misirli futbolçu Stiven Cerrardın rekordunu yeniləyib. 

Qeyd edək ki, Salahın ÇL-də ümumilikdə 26 qolu var.  





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah