"Mənə qəhrəman deyirlər, amma belə düşünmürəm" - Mahir Emreli

“Avropa Liqasında güclü rəqiblərlə eyni qrupa düşmüşük. Hər şeydən razıyam”.

Newsport.az-ın məlumatına görə, bu sözləri “Legiya”da çıxış edən millimizin üzvü Mahir Emreli Polşa mətbuatına açıqlamasında deyib.

Avropa Liqasının qrup mərhələsində komandasının şanslarını dəyərləndirən 24 yaşlı hücumçu bildirib ki, güclü komandalara qarşı oynamaq böyük təcrübədir: “Kiminlə harada, hansı liqada üz-üzə gəlməyinizdən asılı olmayaraq, hər oyun unikaldır. Hər birinə yaxşı hazırlaşmalı və zövq almalısınız. Kağız üzərində hansısa komanda favorit görünə bilər. Ancaq meydançada nələr yaşanacağını bilmək olmur”.

“Legiya” bu gün Avropa Liqasının qrup mərhələsinin ilk turuda səfərdə Moskva “Spartak”ı ilə qarşılaşacaq. Mahir Emreli ilk oyunda xallar qazanmağın vacibliyini vurğulayıb: “Bu turnirdə “Napoli”, “Lester” “Spartak” kimi güclü rəqiblərlə qarşılaşacağıq. Onlar favoritlər sırasında göstərilə bilər. Ancaq biz bu qrupda uğurlu nəticə üçün yarışacağıq. Turnirdə yaxşı nəticə ilə başlamaq önəmlidir. Bu baxımdan “Spartak”la görüş bizim üçün vacibdir”.

Emreli "Legiya"dan öncə Rusiya klublarından təklif almadığını söyləyib: "Sadəcə, maraq var idi. Hətta təklif olsaydı belə, imtina edəcəkdim (gülür)".

Millimizin üzvü təsnifat mərhələlərində vurduğu qollara görə azarkeşlərin onu qəhrəman adlandırmasına da münasibət bildirib: “Mənə qəhrəman deyirlər, amma belə düşünmürəm. Oyundan zövq alıram, topu sevirəm. Meydanda olanda vaxt mənim üçün dayanır. Qəhrəman olmaq üçün qol vurmaq arzusunu sevmirəm. Yalnız komandam üçün əlimdən gələni edirəm. Təkcə qol vurmaq kifayət etmir. Eyni zamanda meydanda düzgün hərəkət etməli, komanda yoldaşlarına boşluq yaratmalısan”.

Qeyd edək ki, “Spartak” – “Legiya” oyunu Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right