"Bu "tilsimi" qırmağa çalışacağıq" - Maksim Medvedev

Konfras Liqasının qrup mərhələsinin I turunda keçiriləcək “Qarabağ” – “Bazel” (İsveçrə) oyunudan öncə təşkil edilən mətbuat konfransında Ağdam klubunun kapitanı Maksim Medvedev jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az-ın məlumatına görəo, əvvəlcə sabahkı matç barədə fikirlərini bildirdi...

- Sabah ağır oyun olacaq. Futbolçular üçün çox məsuliyyətli matçdı. Azarkeşlər üçün maraqlı olacaq. Komandada ab-hava yaxşıdı. Səbrsizliklə bu matçı gözləyirik. Rəqibin nə qədər güclü olduğunu dərk edirik. Özümüzü yaxşı tərəfdən göstərmək istəyirik. Baş məşqçinin tapşırıqlarını yerinə yetirsək, yaxşı nəticə əldə edəcəyik. Rəqibi analiz etmişik. Ən doğrusunu etməyə çalışacağıq.

- Respublika stadionuna öyrəşmisiz. Bu dəfə fərqli stadionda oynayacağqsız və BOS-da nəticləriniz o qədər də yaxşı olmur...
- “Tofiq Bəhramov” bizim üçün uğurlu stadiondu. Burda bəzi oyunlarımız alınmayıb. İstərdik ki, bu "tilsim"i qırıb, ən yaxşı oyunlarımızdan birini göstərək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right