Bu gün Avropa Liqasında qrup mərhələsinə start veriləcək. Newsport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. Açılış görüşündə Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın "Legiya"sı Rusiyada Moskva "Spartak"ı ilə üz-üzə gələcək. "Spartak" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.
Avropa Liqası
Qrup mərhələsi, I tur
15 sentyabr
C qrupu
18:30. "Spartak" (Moskva, Rusiya) - "Legiya" (Polşa)
Moskva, "Spartak" stadionu.
Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinin digər matçları sentyabrın 16-da baş tutacaq.