"Ronaldo ehtiyatda qala bilər"

"Mançester Yunayted"in baş məşqçisi Ole Qunnar Sulşer yeni transferləri Kriştiano Ronaldo haqqında danışıb.

Newsport.az xəbər verir ki, o, lazım gəldiyi halda 36 yaşlı hücumçunu ehtiyat oyunçular skamiyasıda saxlayıb, əsas heyətə daxil etməyəcəyini deyib: 

"Ronaldo özünə çox diqqət edən bir futbolçudur. Onun oynamağı bizim üçün vacibdir. Amma Ronaldo ehtiyatda qalarsa, bu, təəccüb doğurmamalıdır. Mən 36 yaşlı bir futbolçunun oyun dəqiqələrini hesablamalıyam". 

Qeyd edək ki, Ronaldo "Mançester Yunayted"lə 2+1 illik müqavilə imzalayıb. 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah