"Milan"ın futbolçusu Zlatan İbrahimoviç yeni rekorda imza atıb.
Newsport.az goal.com-a istinadən xəbər verir ki, o, buna A seriyasının 3-cü turunda "Latio" ilə matçda iştirak edib. 39 yaş 344 günündə olan İbrahimoviç A seriyasında meydana çıxan ən yaşlı əcnəbi futbolçu adını qazanıb.
Daha əvvəlki rekord isə Bruno Alveşə aid idi.
Qeyd edək ki, İbrahimoviç sözügedən qarşılaşmada fərqlənməklə ardıcıl 24-cü mövsümündə qol hesabını açmış olub.