Məşhur futbolçu psixoloji problemlərinə görə istefa verdi

"Anderlext"in məşqçisi Kreyq Bellami psixoloji problemlərinə görə vəzifəsindən istefa verib. 

Newsport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Komandada baş məşqçi Vinsent Kompaniyə köməkçilik edən 42 yaşlı mütəxəssisin psixoloji problemləri olduğu bildirilib və onun müalicə almaq üçün vəzifəsindən istefa verdiyi qeyd olunub. 

Qeyd edək ki, Bellami "Anderlext"in U-21 komandasında da məşqçi işləyib. Uels millisinin futbolçusu olmuş Bellami futbolçu karyerasında "Mançester Yunayted", "Liverpul" kimi komandalarda oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right