Çexiya birinci divizionunda 7-ci turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, həmyerlimiz Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya Jijkov” öz meydanında “Vişkov”u qəbul edib.
Nəbiyevin start heyətində meydana çıxdığı görüşdə “Viktoriya Jijkov” 1:4 hesabı ilə uduzub. Nəbiyev fasilədə əvəzlənib. Hazırda həmyerlimizin komandası 7 xalla 13-cü pillədə qərarlaşıb.