Uzun müddətdir ki, uğursuzluğa düçar olan “Arsenal” Premyer Liqanın 4-cü turunda “Norviç”ə 1:0 hesabı ilə qalib gəlib.
Newsport.az-ın məlumatına görə, “topçular”ın baş məşqçisi Mikel Arteta matçla bağlı yerli mətbuata danışıb: “Biz çox xoşbəxtik.
Bilirdik ki, bizi çətin oyun gözləyir. İstədiyimizi götürə bildik. Çətinlik çəksəkdə, qalib gəldik. Ardıcıl 3 məğlubiyyətdən sonra işimiz çətinləşmişdi. Karyeramın ən yaxşı 10 günü idi. Ən asanları deyildi, amma ən yaxşıları idi. Çünki çətin anlarda çox şey öyrənirsiniz. “Norviç” matçında 7 dəyişiklik etdik və daha yaxşı görünürdük”.