Azərbaycanlı forvard 1-ci divizionda oynayacaq

“Ximki”nin Azərbaycanəsilli hücumçusu Kamran Əliyev komandadan ayrılıb.

Newsport.az-ın məlumatına görə, forvard Rusiya 1-ci liqasında yarışan "SKA-Xabarovsk"a keçib.

O, Xabarovsk klubunda icarə əsasında çıxış edəcək. 22 yaşlı hücumçu 2021/2022 mövsümün məhz bu klubda keçirəcək. Əliyev yeni komandasında 11 nömrəli futbolkada oynayacaq. 

​2017-ci ildən “Ximki”nin əsas komandasının futbolçusuna çevrilən Kamran ötən mövsüm Rusiya Premyer Liqasında 11 oyuna çıxıb, 1 qol da vurmuşdu. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right