Azərbaycan milli komandasının forvardı Rüstəm Əhmədzadə “Minay”a Ukrayna Premyer Liqasının qarşıdakı oyunlarında kömək edə bilməyəcək.
Newsport.az-ın məlumatına görə, forvard 2 oyunu buraxmalı olacaq. Əhmədzadə özü məsələ barədə Ukrayna mətbuatına bu cür danışıb: “İrlandiya ilə görüş zədəsiz keçmədi. Hətta dabanımda sınıq şübhəsi də var.
Amma xoşbəxtlikdən heç nə olmadı. Sadəcə ağrılarım var və “Minay”a qarşıdakı matçlarda kömək edə bilməyəcəm. İndi fərdi proqramla məşq edirəm, prosedurları qəbul edirəm. Təəssüflənirəm. Çünki çox yaxşı idman formasındaydım.
“Şaxtyor”a qol vurduqdan sonra isə Azərbaycan millisində də oynadım. Yalnız tez bir zamanda sağalacağıma ümid etmək qalır”.